Martın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində(DQİDK) Ramazan ayının başlaması ilə əlaqədar müşavirəkeçirilib. DQİDK-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, müşavirədə DQİDK və tabeliyindəki qurumların, Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə DövlətAgentliyinin rəhbərliyi, eləcə də Dövlət Komitəsi mərkəziAparatının və bölgə şöbələrinin müdirləri iştirak ediblər.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Ramazan ayındaplanlaşdırılan tədbirlər və qarşıda duran vəzifələrdən danışaraqDQİDK-nın mərkəzi Aparat və bölgə şöbələrinin üzərinə düşənvəzifələrə diqqət çəkib. Bildirib ki, Ramazan ayında DövlətKomitəsinin şöbələri iş fəaliyyətini daha da gücləndirməli vəbölgələrdə monitorinqlər təşkil etməlidirlər. QafqazMüsəlmanları İdarəsi (QMİ) tərəfindən təsdiq edilərək dərcedilən Ramazan ayının təqviminə əməl edilməsinə nəzarətprosesi də Dövlət Komitəsinin vəzifələri sırasındadır. Bu məqsədlə bölgə şöbələrinin əməkdaşları tərəfindən yerlərdəmonitorinqlərin keçirilməsi labüddür.
Dini maarifləndirmə işinin gücləndirilməsinin vacibliyinivurğulayan Mübariz Qurbanlı Ramazan ayında bölgə şöbələrininmilli-mənəvi, dini dəyərlərimizin təbliği prosesində daha aktivfəaliyyət göstərməsinin, bu sahədə tədbirlər, layihələrlə yanaşı, sosial media platformalarında fəallığın vacibliyini qeyd edib.
Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə DövlətAgentliyinin (Agentlik) direktoru Vüqar Babayev QMİ-ninQazılar Şurasının Ramazan ayı ilə bağlı Fətva qəbul etməsininardından Naxçıvanda Ramazan təqviminin hazırlanması ilə bağlıişlərin başlandığını qeyd edib. Bildirib ki, Muxtar Respublika ərazisində fəaliyyət göstərən dini icma sədrləri və din xadimlərinə Ramazan ayındakı ibadətləri zamanı müvafiqtövsiyələrə əməl etmələri məsləhət görülüb. Agentlik rəsmisi, həmçinin Azərbaycanın digər bölgələrində olduğu kimiNaxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında da inanclı şəxslərin məzhəb fərqi qoyulmadan dini ibadətlərinihəyata keçirdiklərini əlavə edib.
Mənəvi Dəyərlərin Təbliği Fondunun İcraçı (MDTF) direktoruMehman İsmayılov MDTF-nin illik fəaliyyət planında Ramazan ayında icra olunacaq layihələrə xüsusi yer verildiyini bildirib. Bu ayda dini icmalarla birgə şəhid ailələrini ziyarətlər zamanıbayram sovqatı, eləcə də ərzaq alış-verişi üçün hədiyyəkartlarının təqdim ediləcəyini deyən Mehman İsmayılov beləlayihələrin yardımlaşmaq kimi milli və dini adət-ənənəniyaşatmaqla yanaşı, ölkəmizdə dövlət-din münasibətlərininmöhkəmlənməsində də önəmli rol oynadığını vurğulayıb.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov təhsilmüəssisəsi tərəfindən Ramazan ayında maarifləndiricivideoçarxların hazırlanacağını söyləyib.
Görüləcək işlərlə bağlı təkliflərini səsləndirən DQİDK-nın sədrmüavini Səyavuş Heydərov Ramazan ayında saxta təqvimlərinyayılmasının yolverilməz olduğunu, vahid Ramazan təqviminəriayət olunmasının vacibliyini xüsusi olaraq vurğulayıb.
Sonda müzakirə olunan məsələlərlə bağlı şöbə müdirlərinəmüvafiq tapşırıq və tövsiyələr verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB