Ermənilərdə yalana istinad olduqca yüksəkdir - SORĞU

Ermənilərdə yalana istinad olduqca yüksəkdir - SORĞU

“44 günlük Vətən müharibəsi göstərdi ki, Ermənistan tarix boyu özünün təbliğat və təşviqatını, ideologiyasını bütünlüklə yalan üzərində qurub”. Bu sözləri SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli bildirib.

Onun sözlərinə görə, bütün hadisələrdə olduğu kimi, Qarabağ mövzusunda və digər məsələlərdə də yalnız yalan danışır və öz işlərini yalan informasiya üzərində qururlar: “Onlarda yalana istinad o qədər yüksəkdir ki, hətta 44 günlük müharibədən sonra Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri öz vəzifəsindən istefa verdi. Eyni zamanda xalqdan üzr istəyərək, açıq şəkildə müharibə zamanı yalan danışdıqlarını dilə gətirdi. Görünür, bu hadisələr onlara dərs olmayıb. Yenə də özlərinin təbliğat, təşviqat işlərini yalan üzərində qururlar. Fərrux kəndi, Xankəndində qazın kəsilməsi və digər məsələlərdə yalnız yalan prizmasından danışırlar. Yalan informasiyalar verməklə özlərinin 44 günlük müharibə dövründə ölmüş imiclərini, nüfuzlarını bərpa etsinlər və ruhdan düşmüş əhalini az da olsa dirçəldə bilsinlər. Onlar bu məsələlərdən istifadə edərək, Azərbaycana qarşı beynəlxalq ictimai rəyi də aradan qaldırmağa çalışırlar. Onlar dərk etməlidirlər ki, artıq onların dövrü, onların texnologiyalarının zamanı keçib. İndiki dövr başqadır və Azərbaycan güclü dövlətdir. Eyni zamanda Azərbaycan öz informasiyalarını düzgün formada çatdırmaq qabiliyyətindədir. Bu baxımdan ermənilərin yalançı təbliğat və təşviqatlarına yer yoxdur”.

Eyni zamanda mövzu ilə bağlı media ekspertinin də fikrini aldıq.

“Dezinformasiyaların verilməsi həmişə böyük problem olaraq qalır. İstər Azərbaycanda, istərsə də ölkədən kənarda qüvvələr tərəfindən informasiya müstəvisini kirlətməklə məşğuldurlar”. Bu sözləri SİA-ya açıqlamasında media eksperti Azər Həsrət bildirib.

Onun sözlərinə görə, çünki saxta yanlış məlumatlar nəticəsində ictimai rəyi azdırmaq olur. Bu baxımdan bu cür dezinformasiyalar geniş şəkildə tətbiq edilir. Bu bir müharibədir, informasiya müharibəsidir. Hazırda elə bir şəraitə gəlib çatmışıq ki, dezinformasiya da bunun tərkib hissəsinə çevrilib. Hər yoldan ötənin verdiyi informasiyaya güvənməməliyik. Təəssüflər olsun ki, bir çox hallarda çağırışlarımız bir işə yaramır. Məqsədli şəkildə ortaya atılmış, hətta ağlı başında olan adamlar tərəfindən də buna qarşı mübarizədə işlər daha da genişləndirilməlidir. Bundan əlavə informasiya müstəvisini boş qoymamamalıyıq. Bu gün vacib bu bir məqamdır. Müqəddəs yer boş olmur kimi bir ifadə var. Eynilə də informasiya müstəvisi də heç vaxt boş qalmamalıdır. Sadəcə orada boşluq yaradılarsa, kimsə nə iləsə oranı dolduracaq. Digər bir tərəfdən də informasiya məsələləri ilə bu işləri həqiqətən bilən insanlar məşğul olmalıdırlar”.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə