O öz qəpiyinin gücü ilə xeyriyyəçi bir insandır - QARABAĞ QAZİSİ DANIŞDI

O öz qəpiyinin gücü ilə xeyriyyəçi bir insandır - QARABAĞ QAZİSİ DANIŞDI

“Bütün qonaqları salamlayır səfirimizə təşəkkür edirəm. 44 günlük müharibə dövründə Türkiyə, Ukrayna və Pakistan öz qardaşlıq funksiyasını layiqincə yerinə yetirdi”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə “Peşəyönümlü Təhsilin İnkişafına Dəstək” İctimai Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü İradə Əlilinin (Əliyeva) müəllifi olduğu Qarabağ mövzusunda “Zəfər yolu”, “Bir damla göz yaşında torpaq həsrəti”, “Laçın həsrətim” adlı kitablarının təqdimat mərasimində Qarabağ qazisi Rüxsarə Cumayeva deyib.

Onun sözlərinə görə, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü İradə xanıma gəldikdə isə onun kitabları göz önündədir: “Onu tanımayanlar bir daha tanısın ki, o öz qəpiyinin gücü ilə xeyriyyəçi bir insandır. İradə xanım mənim üçün 3 dəfə Türkiyədə, bir dəfə də Azərbaycanda tədbirlərə gedib. Mənim 6-cı əməliyyatım sırf İradə xanıma həvalə olundu və o bu əməliyyatı öz öhtəliyinə götürdü”.

Rüxsarə Cumayeva sözlərinə belə davam edib: “Qeyd edim ki, Xocalıların yanında olan ilk yazar xanım da İradə xanım olub”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə