Biz küçə döyüşlərinin içindən çıxmışıq - Azərbaycanlı aspirant

Biz küçə döyüşlərinin içindən çıxmışıq - Azərbaycanlı aspirant

“Bildiyimiz kimi bir aya yaxındır Ukraynada müharibə davam edir. Biz küçə döyüşlərinin içindən çıxmışıq. 10 gün boyunca müharibə şəraitində olmuşuq”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə “Peşəyönümlü Təhsilin İnkişafına Dəstək” İctimai Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü İradə Əlilinin (Əliyeva) müəllifi olduğu Qarabağ mövzusunda “Zəfər yolu”, “Bir damla göz yaşında torpaq həsrəti”, “Laçın həsrətim” adlı kitablarının təqdimat mərasimində azərbaycanlı aspirant, Möminə Xatun Səttarova deyib.

Möminə xanım sözlərinə belə davam edib: “Mən özüm də qazi övladıyam. İradə xanıma çox təşəkkür edirəm ki, gənclərin milli zəmində büxtələşməsi üçün addım atıb. Bu gün belə yazıçılarımıza çox ehtiyac var. Hərkəsi 44 günlük qələbə münasibəti ilə təbrik edirəm. Nəhayət ki uzun illər həsrətində olduğumuz Qarabağa qovuşduq”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə