“Bu gün mənim üçün şərəfdir ki, Prezident təqaüdçüsü İradə Əlilinin kitab mərasimində çıxış edirəm. Bu biz Pakistanlılar üçün şərəfdir. Çünki biz sizi qardaş kimi bilirik”. SİA xəbər verir ki, bunu Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə “Peşəyönümlü Təhsilin İnkişafına Dəstək” İctimai Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü İradə Əlilinin (Əliyeva) müəllifi olduğu Qarabağ mövzusunda “Zəfər yolu”, “Bir damla göz yaşında torpaq həsrəti”, “Laçın həsrətim” adlı kitablarının təqdimat mərasimində Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee deyib.
Onun sözlərinə görə, Pakistan həmişə Azərbaycanla olub: “Bu xüsusən də 44 günlük Vətən müharibəsi dövründə olub. Pakistanın Azərbaycana dəstəyi beynəlxalq əsasda idi. Çünki Azərbaycan öz hüquqi torpaqlarını müdafiə edirdi”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB