Xalqımız həmişə bu günü arzulayıb - Milli Kitabxananın direktoru

Xalqımız həmişə bu günü arzulayıb - Milli Kitabxananın direktoru

“Azərbaycan 30 ildən bəri həsrətlə gözlədiyi günə qovuşub. Xalqımız həmişə bu günü arzulayıb”. Bunu Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə “Peşəyönümlü Təhsilin İnkişafına Dəstək” İctimai Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü İradə Əlilinin (Əliyeva) müəllifi olduğu Qarabağ mövzusunda “Zəfər yolu”, “Bir damla göz yaşında torpaq həsrəti”, “Laçın həsrətim” adlı kitablarının təqdimat mərasimində SİA-ya açıqlamasında Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov deyib.

Onun sözlərinə görə, bu günü bizə bəxş edən insanlar olub ki, onlar öz canı-qanı bahasına həmin günü bizə qazandırıb: “Bu kitablar şəhid və qazilərə həsr olunub”.

Tahir Kərimov sözlərinə belə davam edib: “Bildiyimiz kimi sabah da ölkəmizə qarşı olan terror hadisəsinin ildönümüdür. Allah bütün şəhidlərimizə rəhmət etsin”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə