Azərbaycanla Rusiya arasında quru sərhədlərin açılması turist axınının təmin olunmasına imkan verəcək - Səfir
Azərbaycanla Rusiya arasında quru sərhədlərin açılması böyük turist axınının təmin olunmasına imkan verəcək.
SİA-nın məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycan rusiyalı turistlər üçün hər zaman cəlbedici ölkə olub.
"Son dövrlərdə Rusiyadan Azərbaycana turist axını artır, "MİR" kartları ilə ödəniş imkanları isə rusiyalı turistərin daha da artmasına yol aça bilər". - səfir deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB