"Əlilliyi olan uşaqlar üçün sosial reabilitasiya mərkəzinin təşkili"

"Əlilliyi olan uşaqlar üçün sosial reabilitasiya mərkəzinin təşkili"

Bu mövzuda layihə həyata keçirilir

"Sosial Dayaq" İctimai Birliyi Siyəzən rayonunda "Əlilliyi olan uşaqlar üçün sosial reabilitasiya mərkəzinin təşkili" layihəsini həyata keçirir. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə təşkil olunmuşdur. Layihə çərçivəsində müxtəlif əlilliyi (autizm, əqli gerilik, uşaq serebral iflici, nitqin ləngiməsi, davranış pozuntusu və s.) olan 18 yaşa qədər uşaqlar müəyyən edilmiş, uşaq mütəxəssisləri tərəfindən ilkin ehtiyacları öyrənilmiş, (ünsiyyətə girmə, nitqin inkişafı, səslərin düzgün tələffüzü, fiziki məhdudiyyət, koordinasiya, əqli inkişafın ləngiməsi prosesi və s.) aidiyyatı üzrə onlara təlimlər təşkil edilmişdir. Təlimlər zamanı yaş normativləri nəzərə alınmaqla hər uşaq üçün ayrı-ayrılıqda təlim qaydaları hazırlanmışdır.

Təlimlərə valideynlər də cəlb olunmuşdur. Onlarla öz uşaqları ilə ünsiyyət qurmaq, onları müdafiə etmək, erkən yardım göstərmək bacarıqlarının artırılması üçün maarifləndirmə işi aparılır. Valideynlərə uşaqları ilə ev şəraitində necə məşğul olacaqları, vəsait seçimi barədə məlumatlar verilmişdir. Təlimlər aidiyyatı üzrə təhsil almış və xüsusi təlimlər keçmiş təcrübəli mütəxəssislər tərəfindən uşaqlara inkişafetdirici vəsaitlərlə QHT-nin ofisində keçirilir. Uşaqların sağlamlığı məqsədilə dövlət uşaq tibb müəssisələrinin əlçatanlığının təmin olunması və uşaqlara xidmət göstərən mərkəzlərlə əlaqələr yaradılması ilə əlaqədar tədbirlər görülmüşdür. Uşaqlara təlimlərin keçirilməsi, sosial-psixoloji dəstək göstərilməsi onların sağlamlığına müsbət təsir göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə