Ramazan insanların günahlarının bağışlandığı aydır - DİN XADİMİ AÇIQLADI
“Ramazan hicri-qəməri təqvimin 9-cu ayıdır. Müsəlman etiqadına görə, Qurani-Kərim başda olmaqla digər səmavi kitablar məhz ramazan ayında nazil edilmişdir”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan İlahiyyat İnustutunun müəllimi, din xadimi Hacı İbrahim Quliyev deyib.

Onun sözlərinə görə, “yandırıb məhv etmək” mənasını bildirən ramazan insanların günahlarının bağışlandığı aydır: “Bəlkə də bu səbəbdəndir ki, islam mədəniyyətində əxlaq və mənəviyyat ayı kimi də tanınan ramazanda müsəlman ac-susuz qalmaqla yoxsul və kimsəsiz şəxslərin əhvalını düşünmüş, adi vaxtlarda halal olan bəzi əməlləri bu ayda özünə haram etməsi ilə də öz nəfsini tərbiyə etmiş olur. Həzrət Peyğəmbər hədislərinin birində “Nə çox oruc tutanlar vardır ki, onlara yalnız aclıq və susuzluqları qalar”, - deyə buyurmaqla ramazan ayının təkcə aclıq-susuzluq ayı olmadığını, bununla yanaşı, həm özlərini tərbiyə etmiş olduqlarını, həm də başqalarının halına acımalı olduqlarını bildirmiş oldu”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB