Qaradağın Lökbatan qəsəbəsininin sakinləri yaşadıqları yerə yeni avtobus xəttinin açılmasını istəyirlər. Qəsəbə sakinləri bildirir ki, şəhərə gediş-gəlişdə hər gün problem yaşanır.
Bakı Nəqliyyat Agentliyindən (BNA) məsələ ilə bağlı SİA-ya bildiriblər ki, qəsəbə üzrə hər hansı əlavə müntəzəm xəttin təşkili gündəmdə deyil.
"Lökbatan qəsəbəsini şəhər mərkəzi ilə əlaqələndirən 125 nömrəli müntəzəm xətt mövcuddur. Xəttin müvəqqəti istismarı “BakuBus” MMC təfindən icra edilir. Hazırda qəsəbə üzrə hər hansı əlavə müntəzəm xəttin təşkili gündəmdə deyil", - deyə agentlikdən qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB