Ramazan ayı Qurani-Kərim oxumağın baharı sayılır - DİN XADİMİ AÇIQLADI
“Mübarək Ramazan ayında Allah-Taalanın qadağan etdiyi işlərdən imtina etmək, orucu batil edən əməllərdən uzaq durmaq vacibdir". Bu fikirləri SİA-ya açıqlamasında din xadimi Mircəfər Əyyubov bildirib.
Onun sözlərinə görə, oruc tutan şəxsin yemək yeməsi, su içməsi, istənilən bir şeyin qida borusundan keçməsi günahdır: "Hətta torpağın yeyilməsi belə günah sayılır. Allahın, peyğəmbərin və ya imamın adından yalan demək olmaz. Mənasını bilmədiyimiz hədisləri demək, ayələri yalandan demək olmaz. Bəzi əməllər də var ki, orucun yaradacağı mənəvi təsirləri yox edir. Qeybət etmək, əsəbləşmək, insanlara ziyan vurmaq bu qəbildəndir. Müqəddəs Ramazan ayında mümkün qədər ibadət etmək, Qurani-Kərimi oxumaq lazımdır. Ramazan ayı Qurani-Kərim oxumağın baharı sayılır. Əsas məqamlardan yoxsullara baş çəkmək, iftar süfrələri təşkil etməkdir. İftar süfrələrini mümkün qədər sadə təşkil etmək lazımdır. İsrafçılığa yol vermək olmaz. Bu ayda rəhimli davranmaq, namaz qılmaq, Ramazan ayının hökmlərini öyrənmək lazımdır. Bir sözlə, bu mübarək ay 11 ay cəhənnəm işləri ilə məşğul olanlar üçün bir növ cənnət işləri görmək ayıdır. Bu dünya cəhənnəmində bir növ cənnətdir. Allah oruc tutan hər kəsin orucun qəbul eləsin”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB