“İlk növbədə valideynlər mentalitet və adət-ənənəyə bağlı qadağaları yox, məntiqi əsasları olan, bu günün reallıqlarına uyğun gələn tərbiyə metodundan istifadə etməlidir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova bildirib.

Onun sözlərinə görə, uşağın bəzi davranışları (aqressiya, şiddət, yüksək dərəcədə küsəyənlik, tənhalıq) xasiyyət kimi yox, psixoloji natarazlıq kimi qəbul edilməli və səbəbləri araşdırılaraq aradan qaldırılmalıdır: “Yeniyetmə uşaqlar mütəmadi olaraq hormonal analizlərini verməli, cinsi tərbiyə barədə məlumat almalıdır. Onları qınamamalı, qorxutmamalı və şiddət göstərməməlidir. Sevgi nümayiş etdirmək uşağın nəvaziş, güvən depolarını doldurmalıdır ki, o boşluğu kənarda və yanlış yerlərdə axtarmasın. Uşaqlar bizdən çox şey gözləmirlər. Sevgi, dəstək və hörmət kifayət edir. Qalan etdiyimiz şeyləri özümüz üçün edririk, öz qorxularımız, kompkekslərimiz, ehtiyaclarımız və göstəriş üçün həyata keçiririk. Uşaqlarla davranışda prioritet olaraq uşaqların istək və duyğularını nəzərə almalıyıq. Çünki sevmək empatiya qurmaqla sıx bağlıdır”.
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB