Bu, vətəndaş məmnunluğunu artıran vacib addımlardan biridir - DEPUTAT ŞƏRH ETDİ

Bu, vətəndaş məmnunluğunu artıran vacib addımlardan biridir - DEPUTAT ŞƏRH ETDİ

"Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin açılması Azərbaycan dövlətində vətəndaş-hökumət münasibətlərinin daha şəffaf və hüquqi müstəvidə qurulmasına xidmət edəcək mühüm bir addımdır". Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Quliyev deyib.

Onun sözlərinə görə, cənab Prezident İlham Əliyev hər dəfəsində qeyd edir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır: "Əlbəttə vətəndaşların mürəciətlərinə vaxtında baxılması, diqqət göstərilməsi, onların ərizə və şikayətlərinin araşdırılması, pozulmuş hüquqlarının bərpası və onların müraciətlərinə dolğun cavabın verilməsi vətəndaşın sosial rifahına təsir edən amillərdən biridir. Bu, vətəndaşın öz dövlətinə inamını artıran çox ciddi addımlardan və xidmətlərdən biridir. Yeni bir mərkəzin açılması heç şübhəsiz ki, vətəndaşların qəbulunu xeyli asanlaşdıracaq.

İndiyə qədər vətəndaşlarımız əlbəttə ki, istər Prezident Administrasiyasında, istər Milli Məclisdə, istərsə də digər qurularda qəbul olunurdular. Amma son iki ildə pandemiya ilə əlaqədar bu dayandırılmışdı, ancaq onlayn şəkildə vətəndaşların müraciətinə baxılırdı. Artıq vətəndaşların qəbul mərkəzi ilə yanaşı, həmçinin Prezident Administrasiyanın səlahiyyətli şəxslərinin şöbə müdirlərinin və Nazirliyi Kabinetinin səlahiyyətli şəxslərinin aprel ayı üçün qəbullarının qrafiki elan olunub. Bundan əlavə həmçinin deputatlar da vətəndaşları qəbul edəcəklər. Yeni açılan mərkəzdə vətəndaşlar üçün hər bir şərait yaradılıb. Bu da vətəndaş məmnunluğunu artıran vacib addımlardan biridir. Eyni zamanda vətəndaş nəzarəti ictimai nəzarətin xüsusi bir formasıdır və dövlət idarəçiliyində çox əhəmiyyətli bir funksiya daşıyır. Əlbəttə ki, hər bir vətəndaş yerlərdə ona qarşı hər hansı bir məmurun qanundan kənar, düzgün olmayan münasibətini görürsə, bunun da vaxtında müvafiq qurumlara çatdırılması, buraxılan nöqsanların aradan qaldırılması, məsuliyyətsiz şəxslərin cəzalandırılması və digər insanların bu cəzalardan ibrət götürülməsi vacib şərtlərdən biridir. Hesab edirəm ki, Prezident Administrasiyasının yeni qəbul mərkəzinin yaradılması bu baxımdan olduqca faydalı və gərəkli addımdır".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə