Şəhid Teymur Zeynalovun xatirə bulağının açılışı olub

Şəhid Teymur Zeynalovun xatirə bulağının açılışı olub

Zəfərimizlə başa çatan II Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunu Teymur Zeynalovun yaşadığı evinin önündə xatirə bulağının açılışı olub.

Universitetdən bildirilib ki, tədbirdə şəhidin ailə üzvləri ilə yanaşı, UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri İlkan Əliyev, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin əməkdaşları və tələbələr iştirak ediblər.

UNEC-in kollektivi şəhidin əziz xatirəsini ehtiramla yad edərək, bulağın önünə əklil və gül dəstələri düzüb.

Bütün xəbərlər Facebook səhifəmizdə