Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində VIII Dünya Hökumətlər Sammiti keçirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, sammitdə ölkəmizi əmək və əhalinin sosial müdafiəsinaziri Sahil Babayev, ekologiya və təbii sərvətlər naziriMuxtar Babayev, Azərbaycan Respublikasının Prezidentiyanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrəDövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Kiçik və OrtaBiznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri OrxanMəmmədov və b. ibarət Azərbaycan nümayəndə heyətitəmsil edir.
Tədbirdə dünya ölkələrinin yüksək vəzifəli məmurları, dövlət və hökumət başçıları, diplomatik korpuslar vəbeynəlxalq təşkilatların nümayəndələri, tanımış ictimai-siyasi xadimlər, alimlər və ekspertlər, iş adamları iştirakedir.
Sammit 8 mövzunu (tərəqqiyə və hökumətlərininkişafına təkan verən siyasətlər; səhiyyə sistemləriningələcəyinin layihələndirilməsi; müsbət nəticələr üçündayanıqlı fəaliyyətin təmin edilməsi; qlobal iqtisadiyyatınbərpa prosesinin sürətləndirilməsi; gələcəyin şəhərlərininqurulması; cəmiyyətin sabitliyinin gücləndirilməsi; təhsil vəəmək bazarının gələcəyi üçün imkanların yaradılması; yeni imkanların araşdırılması) əhatə edir.
Bu mövzularda sessiya və seminarların keçirilməsi, müzakirələrin və təcrübə mübadilələrinin aparılmasınəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB