Qeyri-sabit hava şəraiti hansı xəstəliklərə səbəb olur? - HƏKİM AÇIQLADI
“Qeyri-sabit hava şəraitinin insan orqanizminə, xüsusilə bir sıra xəstəliklərə mənfi təsirinin olduğu tam təsdiq olunub. Praktikada bunun qarşısının alınması üçün çoxsaylı məsləhətlər verilir”. Bu sözləri SİA-ya açıqlamasında tibb elmləri namizədi, dosent, əməkdar həkim Tariel Eyvazov bildirib.

Onun sözlərinə görə, ilk növbədə hər birimiz rütubətli, qeyri-sabit havalar haqqında məlumat verə biləcək, hətta sinoptik adlandırılan revmatik xəstələr özlərini bu cür havalarda pis hiss edirlər: “Bəzən bu cür xəstələr uzun müddət ağrıdıqları zaman yağışın yağmasını və bu zaman ağrılarının dinərək, rahatladıqlarını bildirirlər. Bəziləri isə yağıntı olacağını belə əvvəlcədən hiss edirlər.
Küləkli havanın isə birbaşa təsiri xroniki, bronxit asması olan, tənəffüs aktı ilə əlaqədar olan xəstəliklərə öz mənfi təsirini göstərir. Məsələn, bronxial asma xəstələrində çirkli havaya qarşı onlarda allergik hal yaranır. Belə havalarda tozlu hava qalxdıqda həmin xəstəliyin göstəriciləri arta bilər. Küləkli havalarda toz əmələ gəlməsi, ağacların üzərindən tozun yayılması zamanı imkan daxilində bu cür xəstəliyə sahib olan insanların həmin ərazilərdən uzaq olması məsləhət görülür. Ümumiyyətlə bir qayda olaraq hava şəraitinə uyğun olaraq həyat tərzimizi tənzimləməliyik. Ümumi bədənin üşüməsi baş verirsə, bir çox xəstəliklər kəskin hal almağa başlayır. Qeyd etdiyim digər xəstəliklərin də göstəriciləri olduqca çoxalır”.
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB