Saxta sənədlərlə Azərbaycana daxil olmaq istəyənlərin sayı AÇIQLANIB

Saxta sənədlərlə Azərbaycana daxil olmaq istəyənlərin sayı AÇIQLANIB

Ötən il saxta sənədlərlə Azərbaycana daxil olmaq istəyən şəxslərin sayı məlum olub.

SİA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında icmal hesabatda deyilir.

Hesabatda qeyd edilib ki, 2021-ci ildə ümumilikdə 227 nəfər saxta, 4 nəfər özgəsinə məxsus sənədlə və 3 nəfər gizli şəkildə dövlət sərhəddini keçməyə cəhd edərkən aşkar edilib və saxlanılıb.

Onlar barələrində müvafiq qərarlar qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə