Azərbaycanda 456 sərhəd pozucusu saxlanılıb

Azərbaycanda 456 sərhəd pozucusu saxlanılıb

Dövlət sərhəddinin pozulması və qaçaqmalçılıq fəaliyyətinin qarşısının alınmasına yönəldilmiş tədbirlər nəticəsində 2021-ci il ərzində 323 halda 456 sərhəd pozucusu saxlanılıb.

SİA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında icmal hesabatda deyilir.

Qeyd edilib ki, sərhədboyu rejim qaydalarını pozduğu üçün 3318 halda 4545 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Qeyri-leqal miqrasiyaya qarşı mübarizə tədbirləri çərçivəsində dövlət sərhəddini pozmağa cəhd edən 11 nəfər qeyri-leqal miqrant saxlanılıb, onlara bələdçilik edən 3 nəfər məsuliyyətə cəlb edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə