“Biz ilk öncə Ayaz müəllimi kənardan tanıyırdıq. Onun ilk böyük işi o oldu ki, Türkiyəyə səfər etdi. Bu səfər zamanı Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı ilə bağlı addımlar atdı”. SİA xəbər verir ki, bu sözləri Ayaz Mütəllibov ilə vida mərasimində çıxışı zamanı millət vəkili Tahir Kərimli bildirib.
Onun sözlərinə görə, Ayaz Mütəllibov hakimiyyətə gələn zaman çox ağır bir vəziyyət idi. Amma onun rəhbərliyi ilə bir çox uğurlu əməliyyatlar həyata keçirilib. Azərbaycanın ən böyük tarixi uğurlarından biri də məhz onun dövründə həyata keçirildi. Bunlardan ən mühimi isə 1992-ci ilin mart ayının 2-də Azərbaycan Respublikası BMT-nin tam hüuquqlu üzvü qəbul olundu. Bu həqiqətən çox böyük bir nailiyyət idi. Ayaz müəllim haqqında çox danışmaq olar. O, Azərbaycanın dəyərli oğlu idi. Allah rəhmət eləsin”.
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB