Ayaz Mütəllibovu uzun müddət idi ki, tanıyırdım - VAHİD ƏHMƏDOV DANIŞDI
“Əziz mərasim iştirakçıları bu gün doğurdan da çətin gündür. Biz Ayaz Mütəllibovu son məkana yol salırıq”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı millət vəkili Vahid Əhmədov bildirib.
Onun sözlərinə görə, mən onu uzun müddət idi ki, tanıyırdım: “O, Azərbaycanın ictimai-siyasi həyatında çox böyük uğurlara addım atıb. Ayaz Mütəllibov Azərbaycanın böyük nailiyyətlər əldə etməsinə səbəb olub. Məhz o, Azərbaycanın ilk prezidenti seçilib. 1990-1991-ci illərdə Azərbaycanın bütövlüyünü qoruyub saxlamaq üçün ciddi işlər görüb. Ayaz Mütəllibov dövlətini, xalqını sevən biri olub. Onun ailəsi əminəm ki, onunla fəxr edirlər.
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB