"Obsessiya - eyni düşüncələrin insan beynini məşğul etməsidir. İnsan beynində bir fikir dəfələrlə təkrarlanır". Bu fikirləri SİA-ya açıqlamasında psixoloq Leyla Fətəli bildirib.
Psixoloq bildirib ki, Obsessiv pozuntular bir çox şəkildə özünü büruzə verir və bu pozuntunun bir sıra növləri vardır: "Dini, təmizlik, şübhə, simmetriya kimi növləri mövcuddur.
Dini - Allahı, peyğəmbəri və dini şəxsləri düşünərkən ağla gələn pis ifadələri beyindən qova bilmirlər. Çalışırlar ki, bu fikirləri beyinlərindən qovsunlar amma bunu edə bilmirlər. Namazı düzgün qıldıqlarına əmin ola bilmirlər.
Təmizlik - Əllərini nə qədər yusalar belə yenə də çirkli, mikroblu olduğunu dününürlər.
Şübhə - Hər şeyə şübhə duyurlar. "Görəsən, işığı söndürdüm?, Qazı bağladım?" kimi fikirləri düşünmədən edə bilmirlər.
Simmetriya - Çalışırlar ki, hər şey eyni bərabərlikdə olsun. Masanın üzərindəki əşyalar, paltarlar hamısı sıralı şəkildə olsun.
Bunlardan ən çox yayılmışı təmizlik obsessiyasıdır. Əsasən 12-13 yaşlarında, yeniyetmə dövründə yaranır. Yeniyetməlik boyunca bu xəstəlik davam edir. Bu dövrlərdə çox vaxt yüngül şəkildə keçir. Lakin yaş artdıqca, məsələn 25-30 yaşlarında bu ciddi xəstəliyə çevrilə bilir.
Təbii ki, psixoloji yardım alaraq bu xəstəlikdən qurtulmaq olur. Əgər bu xəstəlik çox ağır formada yaşanırsa dərmanla da müalicə olunur. Psixoloq xəstəyə "Mən edirəmsə düzdür" deməyi öyrətməlidir. Bəlkələri xəstənin həyatından uzaq tutmalıdır. "Bəlkə düz eləmədim?, Bəlkə az yudum?" kimi ifadələrin onların həyatında ciddi ziyan vurduğunu bildirmək lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB