Ombudsman şəhid ailəsini ziyarət edib

Ombudsman şəhid ailəsini ziyarət edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Vətənmüharibəsi şəhidi Elvin Məlikovun ailəsinə baş çəkib.

Ombudsman mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, şəhidin doğum günü ərəfəsində ailəni ziyarət edən Ombudsman torpaqlarımızın işğaldan azad edilməsindəAzərbaycan gənclərinin böyük qəhrəmanlıqgöstərdiyini vurğulayıb.

Görüş zamanı Ombudsman ailənin qayğıları iləmaraqlanıb. Şəhidin ailə üzvləri üçün psixoloji dəstəkxidmətinin təşkili barədə müzakirə aparılıb.

Qeyd edək ki, Vətən müharibəsində şəhid olmuşElvin Məlikov “Füzulinin azad olunmasına görə” və“Vətən uğrunda” medalları ilə təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə