Rusiya Yaponiyaya gözdağı verdi

Rusiya Yaponiyaya gözdağı verdi

Ukraynada davam edən Rusiya işğalında az qala hər cəbhədə blokadaya alınan rus ordusu Ukraynada yeni mərhələyə keçərək taktikasını dəyişib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Kiyevi ələ keçirmək üçün artıq Rusiyanın hücumu olmayacaq.

Üzünü Şərqə çevirərək Yaponiyanı qorxudan Putin Kuril adalarında təhlükəli addım atıb. Yaponiya yaxınlığındakı Kuril adalarına 3000 əsgər göndərən Rusiyanın taktikasını dəyişdiyi müşahidə edilib.

Kuril adalarında 1300 kilometr uzanan təlimdə 3000-dən çox rus əsgəri iştirak edir. Rusiya mətbuatı təlimdə pilotsuz uçuş aparatları və raketlərdən istifadə edildiyini yazıb. 1945-ci ildə Rusiya İkinci Dünya Müharibəsində məğlub olmuş Yaponiyanın şimalında yerləşən Kuril adalarını işğal edib. Son 77 ildə Kuril adaları Tokio ilə Moskva arasında ən böyük problem olub.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə