Sabah “Azəriqaz”da media və QHT nümayəndələri ilə görüş keçiriləcək
Sabah, 25 mart saat 11:00-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası başlayacaq. SİA-nın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, bütün media, QHT mənsublarının və sosial şəbəkə fəallarının (blogger) üzünə açıq olacaq bu aksiya "Facebook" sosial şəbəkəsi üzərində canlı yayımlanacaq.
Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB