Şəhid məzarları ziyarət olunub

Şəhid məzarları ziyarət olunub

Şəhidlik zirvəsinə ucalan Murad Qurbanov və Cavidan İbrahimlinin doğum günü münasibətilə məzarları ziyarət olunub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, martın 23-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, Yeni Azərbaycan Partiyası(YAP) Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, rayonun hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhid ailələrinin üzvləri və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən şəhidlər Murad Qurbanov və Cavidan İbrahimlinin məzarları ziyarət edilib.

Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhidlərin məzarları önünə gül dəstələri qoyulub, ruhlarına dualar oxunub.

Şəhidlərin ailə üzvləri Prezidenti İlham Əliyevin həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi, rifah halının yaxşılaşdırılması məqsədilə imzaladığı fərman və sərəncamlardan məmnunluq ifadə edib, bu kateqoriyadan olan vətəndaşlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan Murad Qurbanov oktyabrın 11-də, Cavidan İbrahimli isə oktyabrın 24-də Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıblar.

Döyüşlərdə göstərdikləri qəhrəmanlığa görə ölümlərindən sonra Qurbanov Murad Asif oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə "Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə”, İbrahimli Cavidan Nizami oğlu "Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə