Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları Novruz bayramı münasibətilə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin ailələrinə və aztəminatlı soydaşlarımıza baş çəkiblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan SİA-nın bölgə müxbirinə verilən məlumata görə, şəhid ailələri ilə görüşdə qəhrəmanlarımızın igidlik salnamələrindən danışılıb, onların keçdikləri şərəfli döyüş yolu xatırlanıb.
Aztəminatlı ailələrin də evində qonaq olan polis əməkdaşları onlarla həmsöhbət olub, qayğıları ilə maraqlanıblar. Bayram münasibətilə ailələri təbrik edən asayiş keşikçiləri gətirdikləri sovqatları onlara təqdim ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB