Ruhumuzun və psixologiyamızın sağlam qalması üçün nə etməliyik? - PSİXOLOQ DANIŞDI
“Fiziki sağlamlığımızı düzgün qidalanma, idmanlarla sabit saxlamağa çalışırıq. Eynilə də ruhumuzu və psixikamızı sağlam saxlamalıyıq”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova bildirib.

Onun sözlərinə görə, bunun üçün edəcəyimiz bizə pis təsir göstərən insanları, mühiti dəyişdirməkdən ibarətdir: “Yəni hansısa bir insanla ünsiyyət bizə ağırlıq verirsə, bu zaman təbii ki, həmin insandan uzaqlaşmalıyıq. Öz ruhumuzu və psixologiyamızı mənfilərdən qorumalıyıq.
İnsanın getdiyi yerlər, ətrafındakı insanlar və onlarla olan əlaqəsi də bu mövzuda böyük rola sahibdir. Belə ki, pis emosiyalara qapılacağımız, bizə mənfi enerji verən bir çox şeydən uzaq durmalıyıq. Bir çox insana qəribə gəlir ki, ətrafımdakı insanlarla ünsiyyətimi necə bitirəcəm, axı yaxşı insandır və s.
Burada uzaqlaşmaq dedikdə sərt şəkildə sərhədin qoyulması nəzərdə tutulmur. Sadəcə daha az ünsiyyətdə olmaq, sevmədiyi, ağır gələn mövzulardan dərhal yayınmaq, daha az görüşmək də yetərlidir. Təbii ki, bütün bunlar da insanların xətrinə dəymədən, onlardan mənfi emosiya aldığınızı bəlli etmədən münasibətə sərhəd qoymaq lazımdır”.
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB