Qida Təhlükəsizliyi Agentliyi Vətən müharibəsi iştirakçılarına və onların ailə üzvlərinə qayğı göstərilməsini daim diqqət mərkəzində saxlayır. Agentliyin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Novruz bayramı günlərdə müharibə iştirakçıları və onların ailə üzvləri ziyarət edilib.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında igidlik və fədakarlıq nümunəsi göstərmiş qəhrəmanların ailələrinə ərzaq sovqatları çatdırılıb.
Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyinin 27 əməkdaşı Vətən müharibəsi iştirakçısıdır. Onların bir çoxu Şuşa, Cəbrayıl, Füzuli, Xocavənd, Laçın, Qubadlı, Zəngilan, Kəlbəcər və Suqovuşanın azad edilməsinə görə medallarla təltif olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB