Beynəlxalq Meşələr Günündə 10 min ağac əkilib

Beynəlxalq Meşələr Günündə 10 min ağac əkilib

BMT Baş Assambleyası tərəfindən meşələrin qorunması və artırılmasının vacibliyinə diqqət çəkmək üçün hər il mart ayının 21-i Beynəlxalq Meşələr Günü kimi qeyd olunur.

“Azərbaycanda bu gün planetar əhəmiyyətə malik meşə ərazilərinin genişləndirilməsi işinə töhfə verməklə qeyd olunub”. SİA xəbər verir ki, bu fikirləri Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib.

“Bu gün ölkənin Aran rayonlarının açıq və seyrək meşə fondu torpaqlarında ümumilikdə 5 hektar ərazidə 10 000 meşəcinsli ağac əkilib”.

Bütün xəbərlər Facebook səhifəmizdə