Ombudsmanın Quba Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Ombudsmanın Quba Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Quba Regional Mərkəzitərəfindən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsi və Qusar rayon İcra Hakimiyyəti ilə birlikdə Qusar Rayon Mərkəzi Kitabxanasında “Xalqımızın tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmləndirilməsindəki önəmi” adlı seminar təşkil edilib. SİA xəbər verir ki, seminarda adıçəkilən qurumların əməkdaşları vərayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Ombudsmanın Quba Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev çıxışında Azərbaycanda mövcud olan tolerantlıq və multikulturalizm, bu dəyərlərin milli həmrəyliyimizin möhkəmləndirilməsindəki önəmi və tolerantlığın ayrı-seçkiliklə mübarizədə effektiv rolu barədə məlumat verib.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə