Deyilənə görə, qadın dünyasını dəyişəndə dəfn etmək üçün qəbri daha dərin qazılır. Bunu çox vaxt şəriətlə əlaqələndirirlər. Hətta bir çox türk xalqları və farslar bunu adət kimi icra edirlər. İslam mənbələrinə görə isə bu doğru hal deyil. İslam dinində qadının kişiyə nisbətən daha dərindən basdırılması qəbuledilməzdir. Belə bir anlayışa sahib olmaq islama ziddir. Eyni zamanda, bu, İslamda qadın və kişi bərabərliyinin pozulmasına səbəb olan amillərdən sayılır. Bu baxımdan qadınların qəbrinin dərin qazılmasının dinlə heç bir əlaqəsi olmadığını deyə bilərik. Belə ki, İslam dininə görə qadın və kişinin ibadətində heç bir fərq yoxdur. Sonradan Hənəfi kimi bəzi məzhəblər qadın və kişilərin namazda durma şəklinda fərq ortaya qoyublar. Lakin başqa məzhəblərdə belə bir fərqlilik yoxdur. Fərq sadəcə ondan ibarətdir ki, müəyyən hallarda qadınların üzərindən ibadət etmək vacibliyi götürülür. Tam olaraq təmizləndikdən sonra qadın yenidən ibadət etməyə davam edir. Demək ki, ibadət formalarında fərq olmadığı kimi dəfndə də heç bir fərqlilik olmamalıdır.
Belə bir fikir də irəli sürülür ki, guya qadın qəbirdə pis qoxu verdiyi üçün daha dərin basdırılır. İslama görə isə istər qadın, istərsə də kişi bədəni çürüdükdə eyni qoxu hiss olunur. Kişi və qadın fərqi yoxdur, hər iki bədən iylənə bilər.
Qadın və kişi qəbirlərinin dərinlik fərqi şəriətdə vacib deyil, sadəcə tövsiyə olunan məsələdir. Qadın və kişilərin naməhrəm yerləri, əzaları vardır ki, bu orqanlara başqalarının baxması qadağandır. Kişidə bu yerlər qurşaqla diz arasında olduğu halda, qadında isə üz, əllər və topuqdan aşağı ayaqlardan başqa bütün yerlər naməhrəm sayılır. Ona görə qadın kişidən dərinə basdırılır ki, Qiyamət günü dirilib qəbirdə ayaq üstə qalxanda qadının naməhrəm yerləri görünməsin. Yəni, qadının qəbrinin dərin qazılması ona olan ehtiramdan irəli gəldiyi deyilir.
Bəzən el arasında yarızarafat-yarıciddi şəkildə qadınların dillərinə görə dərin basdırıldığı da deyilir. Təbii ki, bu söyləmlərin heç bir tibbi və dini əsası yoxdur.
Ləman Əlizadə
Azərbaycan Dillər Universitetinin 4-cü kurs "Filologiya" fakültəsinin tələbəsi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB