Küçə və yollarda diqqət artırılacaq - QURUM RƏSMİSİ AÇIQLADI

Küçə və yollarda diqqət artırılacaq - QURUM RƏSMİSİ AÇIQLADI

"Bayram günlərinin olub-olmamasından asılı olmayaraq təhlükəsizlik tədbirlərinin görülməsi hər zaman polisin və yol polisinin diqqətindədir". Bu sözləri SİA-ya açıqlamasında Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, sözsüz ki, bayram günlərində polis gücləndirilmiş iş rejimi ilə xidmət edəcək: "O cümlədən yol hərəkətində təhlükəsizliyin təmin edilməsi üçün yol polisi də bütün qüvvələrini səfərbər edərək xidmət etdiyi ərazidə, küçə və yollarda diqqəti artıracaq. Enişli-yoxuşlu yollarda, sərt bölgələrdə xidmət təşkil edəcək. Hava şəraitindən və yollardakı avtomobillərin hərəkətindən asılı olmayaraq bu xidmətin təşkil edilməsi həm asayişin qorunması, həm də yol hərəkətində təhlükəsizliyin təmin edilməsi kimi nəzərdə tutulmalıdır.

Eyni zamanda istənilən hava şəraitində hərəkət iştirakçıları getdiyi istiqamətə sərbəst və rahat hərəkət edə biləcəklər. İstənilən halda təhlükəsizliyi təmin etmək, getdiyi istiqamətə rahat fasiləsiz hərəkət etmək üçün hərəkət iştirakçısı hər bir halda yol boyu qoyulmuş yol nişanlarının tələblərinə uyğun hərəkət etməli və qaydaları pozmamalıdır".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə