Stresli iş həyatı insan psixologiyasına necə təsir edir? - PSİXOLOQ AÇIQLADI
"Stresli iş həyatı insanın şəxsi həyatına təsir edir. Bəzi insanlar var ki, sevmədiyi işlə məşğul olurlar və bu işin əlavə stresini yaşayırlar. Bütün işlərdə müəyyən bir nöqtələr olur ki, orda stress yaşayırlar". Bu fikirləri SİA-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı bildirib.
Onun sözlərinə görə, stresli iş həyatı təbii ki, insana müəyyən dərəcədə təsir edir: "Nəzərə alsaq deyə bilərik ki, səhər 9-dan axşam 6-ya qədər biz vaxtımız iş yerimizdə keçiririk. Yəni iş bizim həyatımızın çox hissəsini təşkil edir və yaşadığımız stress bizim şəxsi həyatımıza, xarakterimizə, həyata baxışımıza müsbət və mənfi tərəfdən təsir edə bilir. Hələ ki, iş yerində insan stress yaşayırsa aqressiv və fobialı ola bilər. Psixoloji-həssas insanlarda stress bir çox nüanslara yol aça bilir, hətta intihara belə səbəb olur. Ona görə stresdən qorunmağın yollarını düşünmək lazımdır. Hər insan individual olduğu üçün, hər insanın müxtəlif yaşam tərzi, xarakteri olduğu üçün stresdən qorunma qalxanı olmalıdır. Bunun üçün həmin insanlar nə etməlidir?
İnsan özünü tanımalı, özünü əzbərləməli və ən əsası özünü idarə edə bilməlidir. Özünü idarə edə bilməyən şəxs başqalarını idarə edə bilməz. Başqalarının ona olan münasibətini idarə edə bilməz. Özünün ətrafa münasibətini idarə etmlidir ki, ətrafın ona olan münasibətini idarə etsin. Buna görə qıcığa qarşı reaksiyasını, həssaslığını idarə edə bilməlidir. İnsan var ki, çox stresli olduğu zaman yanlız qalıb sakitləşməyi üstün tutur. Elə insanlar da var ki, insan içində sakitləşir. Bəziləri kofe içərək, yemək yeyərək, yataraq sakitləşirlər. Bu insan xaraxterinə xassdır. Elə insanlar da var ki, dava edir, əsəbini digərlərindən çıxarır, həmin insanın gününü qara edirlər. Belə insanlara vampir insanlar deyilir. Düşünürəm ki, belə insanlar hər kəsin həyatında var. Gündəlik olaraq həyatımızda o qədər stres var ki, ailədə, işdə, qohumlarla münasibətdə, öz daxilimizdə belə bunlarla başa çıxa bilmirik. Yaşadığımız uğursuzluqlar, qarşı tərəfin səhv düşüncələri, empatiya duyğularının aşağı olması bunların hamısı işimizdə stress yaşamağımıza səbəb olur. Ona qədər də mümkün qədər stresdən uzaq durmalıyıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB