“Azəriqaz” İB “Açıq qapı” aksiyası keçirir

“Azəriqaz” İB “Açıq qapı” aksiyası keçirir

18 mart saat 14:00-da növbəti “Açıq qapı” aksiyası" və 15:00 “Elin gözü tərəzidir” aksiyası keçiriləcək. SİA xəbər verir ki, hər iki tədbir “Azəriqaz" İB-nin Metrologiya Departamentində keçiriləcək.

"Azəriqaz” İB yanında İctimai Şura sonradan ödənişli (mexaniki) sayğacların sərfiyyatının artıq yazması ilə bağlı şikayətlərin daxil olduğunu bildirib. Bu səbəbdən Birlik bir qrup müraciət edən abonentlərin sayğaclarının laboratoriyada yoxlanışını təmin edəcək. "Açıq qapı" aksiyası çərçivəsində bu prosesi izləmə imkanınız olacaq.

Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.

Aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə