17 mart 2022-ci il tarixdə YAP Qazax rayon təşkilatının, könüllülərin iştirakı ilə qarşıdan gələn əziz, milli bayramımız olan, təmizliyə, saflığa, həmrəyliyə, birliyə xidmət edən Novruz bayramı münasibəti ilə Qazax rayonunun Şəhidlər Xiyabanında ərazi bütövlüyümüzün təmin olunması, torpaqlarımızın işğaldan azad olunmasında canından keçərək ən yüksək zirvəyə - Şəhidlik zirvəsinə ucalmış şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq iməclik keçirilib. SİA-nın verdiyi məlumata görə, ilk öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, onların əziz ruhuna dualar oxunmuş, məzarları üstünə, qərənfillər düzülüb.
İməclikdə Şəhidlər Xiyabanı ərazisində təmizlik və səliqə - səhman işləri aparılmış, bununla da bir daha şəhidlərin əziz xatirəsinə hörmət və ehtiram bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB