Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2021-ci il kiçik qrant müsabiqəsinin qalibi olmuş QHT-lərlə onlayn formatda görüş keçirib. SİA xəbər verir ki, görüşdə Agentliyin İcraçı direktoru Aygün Əliyeva layihələrin icrasından gözləntilər, 2022-ci il fevral ayından icrası başlanmış layihələrin idarəedilməsi, təsviri və maliyyə hesabatlarının hazırlanma qaydaları və onların təqdim olunması mövzuları barədə ətraflı çıxış edib.
QHT-lərə 2022-ci ilin qrant müsabiqəsi ilə bağlı bəzi yeniliklər haqqında məlumat verilib. Üç saatdan artıq davam edən görüşdə QHT-lərin sualları cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB