Qazilərimiz daha fuksional hərəkətlərini təmin edə biləcəklər - MƏRKƏZ DİREKTORU AÇIQLADI
“Bu gün daha bir qrup Vətən müharibəsi iştirakçımız yüksək texnologiyalı protezlərlə təmin olundu”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Protez Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin direktoru Asif Məcidov bildirib.
Onun sözlərinə görə, bu günə olan məlumata əsasən 270 nəfər Vətən müharibəsi iştirakçımız 285 ədəd müasir protezlə təmin olunmuşdur: “Onlardan 188 nəfəri 198 protez olmaqla Vətən müharibəsi iştirakçısı, 82 nəfəri isə 87 ədəd protezlə təmin olunub. Hansı ki, Vətən müharibəsindən əvvəlki illərdə yaralanan şəxslərdir. Həmin bu protezlər vasitəsilə qazilərimiz daha fuksional hərəkətlərini təmin edə biləcəklər. Onların sərbəst həyata qayıtması üçün bu protezlər vasitəsilə hər bir şərait yaradılmışdır. Eyni zamanda bizim tətbiq etdiyimiz son texnologiyaya sahib protezlər dünya praktikasında ən yaxşı şirkətlər tərəfindən istehsal olunub.
Bu protezlərin istifadə müddəti Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş formada 5 ilə qədər müəyyən olunub. Buna baxmayaraq həmin protezlərin funksionallığının artırılması və yenilənməsini həyata keçirmək üçün əlavə olaraq, elektron qurğular verilib. Onun vasitəsilə protezlərin fuksionallığını dəyişmək və yaxud da yenidən tətbiq etmək mümkündür”.
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB