Avropa İttifaqı (Aİ) Rusiya-Ukrayna gərginliyi fonunda iqtisadiyyatlarına ziyan dəyən Qərbi Balkan ölkələrinə maliyyə yardımı ayıracaq.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borel deyib.
Bosniya və Herseqovinaya səfəri çərçivəsində Aİ-nin bu ölkədəki sülhməramlı missiyasını ziyarət edən C.Borel bildirib: “Qeyri-sabitlik yaratmağa çalışan hər kəs avropalı əsgərlərin Bosniya və Herseqovinada olduğunu bilməlidir. Bu ölkənin vətəndaşlarını əmin edə bilərəm ki, Avropa İttifaqı sülh və sabitliyi güclü şəkildə dəstəkləyir. Bosniya və Herseqovina siyasətçiləri birgə fəaliyyət göstərməli və ölkənin iqtisadi potensialından istifadə etməlidirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB