Musiqinin dili yoxdur -PSİXOLOQ DANIŞDI

Musiqinin dili yoxdur -PSİXOLOQ DANIŞDI

“Musiqinin dili yoxdur, çünki musiqi səsli şəkildə ifadə olunur. Musiqi əslində hər bir insanın daxili mədəniyyəti və zövqü ilə bağlıdır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova bildirib.

Onun sözlərinə görə, elə insanlar var ki, musiqi dinləyərkən müəyyən xatirələri yada düşər, onlarda hər hansısa bir emosiyalar oyadar. Bəzi insanlar isə var ki, musiqini dinləyib qorxurlar, bəzi insanlar xatirələrə qapılaraq, daha gərgin olurlar. Həqiqətən də insan dilini başa düşmədiyi musiqidən zövq ala bilər. Əlbəttə ki, bu ümumi bir fikirdir. Sözlər isə insanın analadığı kimi olduqda əgər bir sözü anlamasaq başa düşə bilmirik. Bəzi musiqilər ümumi xarakter daşıdıqda həmin musiqinin bir neçə insana təsiri eyni dərəcədə ola bilər. Lakin bununla yanaşı başqa lirik musiqi insanlarda fərqli düşüncələr, fərqli davranışlar və fərqli, hislər emosiyalar yarad bilər. Məhz musiqi bütün xalqları birləşdirir. Məhz musiqi ilə insan öz ruhunu ifadə edir”.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə