Torpaq çərşənbəsi Yeni Yasamalda xüsusi qeyd olundu

Torpaq çərşənbəsi Yeni Yasamalda xüsusi qeyd olundu

Sonuncu çərşənbə olan Torpaq çərşənbəsi xalq arasında "Yer çərşənbəsi”, "İlaxır çərşənbə” də adlanır və bir çox bölgələrdə, hətta Novruz bayramından da çox təmtəraqla qeyd olunur. Torpaq çərşənbəsində tonqal qalanması, plov dəmlənməsi, səməni cücərdilməsi, xonça hazırlanması, qapı pusma, şam yandırma, bayramlaşma, fala baxma, məzar ziyarəti və s. kimi xalqımızın qədimdən bu günə kimi yaşatdığı bir çox adət-ənənələr var. İnama görə bu çərşənbə vaxtı torpaq oyanır, otlar cücərir, ağaclar tumurcuqlayır ki, bu da insanlara baharın gəlişindən müjdə verir. Torpaq çərşənbəsi ölkəmizin hər bir yerində qeyd olunduğu kimi Yeni Yasamalda da ilaxır çərşənbəsi belə qeyd olundu. SİA həmin anların fotolarını təqdim edir.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə