Paytaxt sakinləri ilaxır çərşənbəni belə qeyd etdi - FOTOLAR

Paytaxt sakinləri ilaxır çərşənbəni belə qeyd etdi - FOTOLAR

Novruz bayramı xalqımızın qədim zamandan bəri qeyd etdiyi bayramdır. Bu bayram yazın gəlişinin, yeni ilin başladığının müjdəçisidir. Uşaqlardan tutmuş qocalara kimi hər kəs bu bayramı böyük sevinclə qeyd edir. Novruz bayramı 4 çərşənbədən sonra qeyd olunur ki, bu gün məhz çərşənbələrin sonuncusu, ilaxır çərşənbə olan Torpaq çərşənbəsidir. Torpaq çərşənbəsi el arasında “Yer çərşənbəsi”, “ İlaxır çərşənbə” kimi də adlandırılır. Torpaq çərşənbəsi torpağın oyanmasından, əkinə hazır olmasından xəbər verir. Hər çərşənbədə olduğu kimi bu çərşənbədə də insanlar tonqal qalayırlar. Bu çərşənbədə sakitcə qapı pusulur. İnsanlar tonqalın üzərindən 7 dəfə tullanırlar. Hal-hazırda bu çərşənbə doğma vətənin hər bir guşəsində böyük həvəslə qeyd edilir. Paytaxt Bakının bir çox ərazilərində tonqallar qalanıb. Məhz Jurnalistlər bunasında da bu bayram sevinclə keçirilir. SİA olaraq həmin ərazidən fotoları sizlərə təqdim edirik:

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə