Azərbaycanda tullantılar necə istifadə olunur? - MARAQLI FAKTLAR - EKOLOQ AÇIQLADI
“Əslində tullantılardan istifadə etmək lazımdır. O mənada ki, faydalı istiqamət olaraq onları utilizasiya edərək, təkrar emal etmək lazımdır”. Bu sözləri SİA-ya açıqlamasında ekoloq Cəmşid Quliyev bildirib.
Onun sözlərinə görə, Bakı şəhərinin məişət tullantıları poliqonunda təkrar emal zavodu inşa olunub: “Bu bir şirkətin təşəbbüsü ilə yaradılıb. Bu piloqonda məişət tullantıları təmizlənərək, müxtəlif növlər üzrə təkrar emal müəssisəsinə göndərilir. Onlardan təkrar məhsullar istehsal edilir. Bu məişət tullantılarının ən düzgün istifadəsidir. Əslində isə bu adını çəkdiyim poliqon istisna olmaqla Azərbaycanın bir çox şəhərlərində məişət tullantılarından bu cür istifadə edilmir. Onlar zibilxanalara toplanaraq, yalnız ətrafa üfunət və xəstəlik yayır. Yerdə qalan hallarda isə məişət tullantıları adi qaydada ətrafı çirkləndirməkdən başqa bir işə yaramır. Onlar istifadəyə yararsız olur. Bir də bəzi rayonlarımızda kanalizasiya xətləri üzərində quraşdırılan su təmizləyici qurğular var. Bunları da məişət tullantılarının düzgün istifadəsi halı kimi qəbul eləmək lazımdır. Bu su təmizləyici qurğular vasitəsilə təmizlənən sular suvarma məqsədi ilə yenidən istifadəyə yönləndirilir. Bunlardan ayrılan digər maddələr isə gübrə kimi istifadə olunur. Bu da çox təqdirəlayiq haldır. Ətrafı çirklənmədən qorumaqla yanaşı, həm də onlardan fayda əldə edə bilirik”.
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB