Mövsümi duyğu pozuntusu nədir? - PSİXOLOQ DANIŞDI

Mövsümi duyğu pozuntusu nədir? - PSİXOLOQ DANIŞDI

“Mövsümi duyğu prosesinin pozulması nəticəsində senostopotiyalar baş verir. Bura göynəmə, dartınma, qıdıqlanma, sancma kimi proseslərin əzabverici və davamlı olması aid edilir. Bu senostopotiya da bir müddət sonra insanlarda yaz depresiyyasına gətirib çıxarır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova bildirib.

Onun sözlərinə görə, bədənin müxtəlif nahiyələrində buna rast gəlinə bilər: “Qavrama isə duyğu orqanları vasitəsilə obyektiv varlıq mərkəzi sinir sistemində əks olunur. Qavrama zamanı insan əşyanın rəngini, digər xüsusiyyətlərini bütövlükdə dərk edə bilir. Bu senostopotiya da bir müddət sonra insanlarda yaz depresiyyasına gətirib çıxarır. Yaz depresiyyasının əlamətlərinin içərisində duyğuların pozulmasında qıdıqlanmalar, qıcıqlanmalar və bəzi travmatik emosiyaların yaranmasıdır. Psixi xəstəliklərlə travmatik pozuntular birbaşa özünü göstərə bilir. Reseptor pozuntuları var ki, sadə özünü göstərəcək hiperteniziya daha çox öndə gedir. Psixosomatik olaraq vertiqolar baş verir. Gicəlləmələr, ürək bulanmalar birbaşa duyğu pozuntusuna gətirib çıxarır. Məsələn, adi lampa işığı belə göz qamaşdırıcı qıcıq yaradacaq səbəblərdəndir. Belə pozuntular zamanı ətrafdakı əşya və hadisələr solğun, məzmunsuz, səslər zəif, eqorxular kütləşmiş davranılır”.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə