Dövlətimiz əmin addımlarla hər gün bir az daha inkişaf edir - PARTİYA SƏDRİ DANIŞDI

Dövlətimiz əmin addımlarla hər gün bir az daha inkişaf edir - PARTİYA SƏDRİ DANIŞDI

“Qarşıdan Bahar bayramı gəlir. Bu gün isə ilaxır çərşəmbədir. Bu gün də ötən ilki kimi sevincliyik. Ona görə ki, artıq ikinci ildir Şuşamızda Novruz tonqalı qalanır. Qarabağ torpağı artıq azad nəfəs alır. Gün gələcək, Qarabağ torpağı xalqımızın böyük köçünə şahidlik edəcək. İkinci böyük zəfəri biz o an yaşayacağıq”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova bildirib.

Onun sözlərinə görə, fürsətdən istifadə edərək, ilk növbədə torpaqlarımızın işğaldan azad olunması yolunda şəhid olan Vətən övladlarına Allahdan rəhmət diləyir, onların ruhları, valideynləri, doğmaları, əzizləri qarşısında baş əyirəm: “Yaralılarımıza Allahdan şəfa diləyir, tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayıram. 2020 -2021-ci il ümumiyyətlə bəşəriyyət üçün sınaq ili olub. Sürətlə yayılan virus insanlarda narahatçılıq, qorxu yaratsa da, Azərbaycan əmin əllərdə olduğu üçün həm pandemiya ilə, həm də Erməni ilə eyni anda mübarizə aparmağa və hər ikisini də dəff etməyə müvəffəq oldu. Ona görə də, bütün çətinliklərə rəğmən dövlətimiz əmin addımlarla hər gün bir az daha inkişaf edir və regionda böyük dövlətlərin hesablaşdığı nfuzlu bir dövlətə çevrilmişdir. Bəli, cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi, hələ görəcəyimiz çox işlər var, Qarabağa tam hakim olmalı, hər qarışında bayrağımızı dalğalandırmalı, 30 ilə yaxındır yurd yuvasından didərgin düşmüş soydaşlarımızın Qarabağa böyük köçünü gərçəkləşdirməliyik. Əziz soydaşlarım sizləri qarşıdan gələn Bahar bayramı münasibətilə ürəkdən təbrik edir, sizlərə uzun ömür, cansağlığı, ailə səadəti, işlərinizdə uğurlar arzulayıram. Baharın gəlişini, təbiətin oyanışını, həyatın canlanmasını müjdələyən Novruz bayramı ən qədim dövrlərdən bəri xalqımızın sevinc, şadlıq bayramı olub. Hər bir evə bayram ovqatı, xoş əhval-ruhiyyə arzu edirəm. Tanrı dövlətimizə, Xalqımıza yar olsun! Bayramınız mübarək olsun!”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə