Spirtli içkilərin və siqaretin bahalaşması onun istifadəsinə necə təsir edib? - SOSİOLOQ AÇIQLADI

Spirtli içkilərin və siqaretin bahalaşması onun istifadəsinə necə təsir edib? - SOSİOLOQ AÇIQLADI

“Spirtli içkilərdə və siqaretlərdə baş verən bahalaşmalar birinci dəfə deyil ki, baş verir”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu bildirib.

Onun sözlərinə görə, biz bu cür bahalaşmalara dəfələrlə şahid olmuşuq: “Lakin bu bahalaşma nəticəsində siqaret çəkənlərin və ya spirtli içki qəbul edən şəxslərin azalması ilə bağlı heç bir statistik məlumat yoxdur. Bu təbii haldır. Çünki belə məsələlərdə yalnız qiymət artımı ilə uğur qazanmaq olmaz. Belə halların qarşının alınması üçün kompleks tədbirlər görülməli və ciddi elmi əsaslarla fəaliyyət göstərməli, müasir tələblərə uyğun müalicələr və lahiyələr həyata keçirilməlidir. Əhalinin prixoloji xüsusiyyətlərini nəzərə alaraq tədbirlər həyata keçirilməlidir. Bunun üçün sosiloji araşdırmalar aparılmalı və müxtəlif tipli informasiyalar toplanılmalıdır. Cəmiyyət getdikcə mürəkkəb bir hal almağa başlayıb. Bunun nəticəsi olaraq elmi əsası olmadan belə bir cəmiyyətdə hər hansısa dəyişiklik etmək qeyri-mümkündür. Xüsusiilə sosial sahədə ciddi uğur qazanmaq olmaz. Çox təəssüf ki, bu barədə adiyyatı qurumlar diqqət etmir. Ona görə də qiymət artımı nəticəsində biz nəyinsə azalmasını müşahidə edə bilməyəcəyik. Əksinə insanlar getdikcə ziyanlı spirtli içkilərdən istifadə edirlər ki, bu da onların səhhətinə ciddi şəkildə problem yaradır”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə