Son iki ayda əmək haqqı fondu 8,4 faiz artıb

Son iki ayda əmək haqqı fondu 8,4 faiz artıb

Ölkəmizdə əməkhaqlarında və əmək müqavilələrinin sayında baş verən ardıcıl artımlar illik əmək haqqı fondunun mütəmadi artmasını şərtləndirir. SİA xəbər verir ki, 2022-ci ilin yanvar-fevral aylarında da Azərbaycanda əmək haqqı fondunda 8,4 faiz artım qeydə alınıb.

Xatırladaq ki, son 4 ildə minimum əməkhaqqı 2,3 dəfə, orta aylıq əmək haqqı 35 faiz, median əmək haqqı 74 faiz artıb. Bu dövrdə illik əmək haqqı fondunda isə 2 dəfə artım baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə