Xurşidbanu Natəvan Azərbaycan xanımının simvoludur - MÜNASİBƏT BİLDİRİLDİ

Xurşidbanu Natəvan Azərbaycan xanımının simvoludur - MÜNASİBƏT BİLDİRİLDİ

“Cənab Prezidentin sərəncamı ilə Xurşidbanu Natəvanın 190 illik yubleyinin qeyd olunması Azərbaycan poeziyasına, ədəbiyyatına və sənətinə verilən qiymətin növbəti bir təzahürü kimi qeydə alınmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ramil Həsən bildirib.

Onun sözlərinə görə, Nizami Gəncəvinin, "Şuşa ili"nin eyni zamanda tanınmış şairlərimizin, yazıçılarımızın yubileylərinin qeyd olunaraq Azərbycan cəmiyyətinə təqdim olunması Azərbaycan milli ideologiyasının çox önəmli sahələrindən biridir: “Yetişən yeni nəsil öz tarixi və keçmişi ilə bağlı olan ədəbiyyat nümayəndələrini və onların yazıb-yaratmış olduğu əsərləri bilməli və tanımalıdır ki, özlərindən sonra gələn gənclik Azərbaycançılıq ideoalogiyasında aktiv rol oynasınlar. Qeyd edim ki, Xurşidbanu Natəvan kimi dəyərli Azərbaycan xanımı 44 günlük Vətən müharibəsindən sonra bizim qəhrəman və misilsiz Azərbaycan əsgərlərinin azad etdiyi Şuşa ilə bağlıdır. O, Qarabağ xanlığının nümayəndəsi, yazar və şairə olmaqla bərabər mükəmməl bir Azərbaycan xanımını səciyyələndirən bir simvoldur. Əminəm ki, məhz elə "Şuşa ili" çərçivəsində tarixi və əbədi şəxsiyyətimizin yubleyinin keçirilməsi çox böyük bir təsir dairəsinə səbəb olacaq”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə