Heyvanları ovlayanlara hansı cəza tətbiq edilir? - DİN RƏSMİSİ AÇIQLADI

Heyvanları ovlayanlara hansı cəza tətbiq edilir? - DİN RƏSMİSİ AÇIQLADI

"Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və digər aidiyyatı dövlət qurumlarının əməkdaşları tərəfindən respublika ərazisində qanunsuz ovun qarşısının alınması məqsədilə mütəmadi olaraq nəzarət profilaktiki tədbirlər həyata keçirilir". Bu sözləri SİA-ya açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev deyib.

Onun sözlərinə görə, tədbirlər zamanı ov qaydalarını, eləcə də mülki silahın daşınması və saxlanılması qaydalarını pozmuş həmin şəxslər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edilirlər: "Qeyd edək ki, lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan edilmiş vaxtda, qadağan edilmiş alət və üsullarla ovetmə xeyli miqdarda ziyan vurduqda törədildikdə isə şəxs və ya şəxslər barədə Cinayət Məcəlləsinin 258-ci maddəsinə əsasən cinayət işi açılır".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə