Xurşidbanu Natəvanla bağlı Sərəncam strateji məna daşıyan addımdır - MİLLƏT VƏKİLİ BİLDİRDİ
“Xurşidbanu Natəvanın 190 illik yubleyinin qeyd edilməsi ilə bağlı cənab Prezident İlham Əliyev tərəfindən verilən sərəncam təkcə onun yaradıcılığına, sənətinə və Azərbaycan ədəbiyyatına, mədəniyyətinə verilən qiymət deyil, ümumillikdə bütün dünyaya növbəti bir Azərbaycan mesajı və strateji məna daşıyan bir addımdır”.Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva bildirib.

Onun sözlərinə görə, 44 günlük şanlı müharibəmizdən dərhal sonra zəfər çaldığımız gündən etibarən Qarabağımızda böyük quruculuq və infrastruktur işləri baş verir: “Bu işlər təbii ki, mədəniyyət sahəsindən də yan keçməyib. İsmi, şöhrəti Azərbaycanla, Qarabağla bağlı olan şəxslərin yaradıcılığının dövlət səviyyəsində qeyd edilməsi və onların adı ilə bağlı həmin torpaqlarda festivalların keçirilməsi bir daha bütün dünyaya bu bölgədə Azərbaycan mədəniyyətinin və mənəviyyatının qədim zamanlardan bəri mövcud olduğunu nümayiş və təsdiq edir. 30 illik işğaldan sonra Molla Pənah Vaqifin məqbərəsinin bərpa edilməsi, açılışda şəxsən ölkə Prezidentinin və birinci xanımın iştirakı eyni zamanda sayılıb-seçilən ziyalıların və millət vəkillərinin gəlməsi Şuşadan bütün dünyaya yayımlanan verlişlər bir daha bu torpaqların Azərbaycan insanının əzəli və əbədi olacağını əks etdirir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB