Baş Prokurorluğun əməkdaşları vətəndaşların suallarını cavablandıracaq

Baş Prokurorluğun əməkdaşları vətəndaşların suallarını cavablandıracaq

Baş Prokurorluğun əməkdaşları vətəndaşların suallarını cavablandıracaq. Bu barədə SİA-ya qurumun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Fazil Həsənəliyev, Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Natiq Abdullayev, Kadrlar idarəsinin rəisi Natiq Hüseynov və Mətbuat Xidmətinin rəhbəri Günay Səlimzadə qurumun instaqram sosial şəbəkəsindəki səhifəsində bu gün saat 11:00-dan saat 12:00-dək canlı yayıma çıxaraq vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə